Azərbaycanlı jurnalist vəfat etdi - FOTO

19:05 - 10 İyul 2025

Azərbaycanlı jurnalist vəfat etdi - FOTO

Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Gülbəniz Arifqızı 1991-ci ildən hərbi jurnalist olaraq Füzuli, Beyləqan, Ağdam, Cəbrayıl, Qubadlı, Xocavənd rayonlarında xidmət edib və "Ön cəbhəyə doğru" və "Ana" proqramlarında əsgərlərdən səsli müsahibələr hazırlayıb. 1992-ci ildən "Ordu" qəzeti və "Ədalət" qəzeti ilə əməkdaşlıq edib.

O, 1997-ci ildən ABŞ-də yaşayıb. Orada Azərbaycan Amerika Qadınlar Cəmiyyətini yaradıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az