Bu gün “Qafqazinfo” xəbər portalının yaranmasının 15 ili tamam olur. 16 avqust 2010-cu ildə kiçik bir kollektivlə fəaliyyətə başlayan saytın hazırda 30-dan çox rəsmi əməkdaşı var.
Bu saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.
Ölkədə ən çox oxunan mənbələrdən biri olan “Qafqazinfo”da Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir.
Manset.az saytının kollektivi "Qafqazinfo"da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!