Prokurorluq estetik əməliyyatla bağlı yayılan görüntünü araşdırır

18:56 - 19 Avqust 2025

Prokurorluq estetik əməliyyatla bağlı yayılan görüntünü araşdırır

Prokurorluq sosial şəbəkələrdə estetik əməliyyat proseduru ilə bağlı yayılan görüntünü araşdırır.


Manset.az APA-ya istinadən xəbər verir ki, “Dost Estetik Mərkəzi”ndə Güllbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən əməliyyatla bağlı prokurorluqda araşdırma başlanılıb.

    Qeyd edək ki, bu gün sosial şəbəkədə “Dost Estetik Mərkəzi”ndə Güllbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən liposaksiya əməliyyatının görüntüləri yayılıb.

    İddialara görə, əməliyyatı icra edən şəxs tibb işçisi deyil, vaxtilə saç ustası olub.

    Faktla bağlı ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində də araşdırma aparıldığı açıqlanıb.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az