Vilayət Eyvazov hüquq müdafiəçiləri ilə görüşdü - FOTO

18:47 - 13 Dekabr 2021

Vilayət Eyvazov hüquq müdafiəçiləri ilə görüşdü - FOTO

Bu gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov hüquq müdafiəçiləri - Rüfət Səfərov, Zəfər Əhmədov, Əlayif Həsənov və Zaur Əkbərlə görüşüb.

Manşet.az-ın xəbərinə görə, üç saat davam edən görüşdə nazir müavini general-leytenantı İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini polis polkovniki Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov iştirak ediblər.

Görüşdə bir sıra məsələlər müzakirə edilib, hüquq müdafiəçiləri tərəfindən təkliflər irəli sürülüb, geniş fikir mübadiləsi aparılıb.

(Report)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az