Sahibkarlara
yeni fürsətlər yaradan Birbank Biznes müştərilərinə daha çox qazandıran “Dostunu
dəvət et” proqramına start verir. Proqram sahibkar dostlarını Birbank Biznes
mobil tətbiqinə dəvət edən hər kəsə 50 AZN-dək pul qazanmaq şansı yaradır.
Bunun
üçün Birbank Biznes müştəriləri mobil tətbiqdə “Dostunu dəvət et” bölməsinə
keçid edərək dəvət linkini Birbank Biznes müştərisi olmayan dostlarına göndərə
bilərlər. Həmin şəxs qeydiyyatdan keçib 30 gün ərzində 10 AZN dəyərində ilk əməliyyatını
həyata keçirdikdə isə hər iki tərəf 10 AZN pul mükafatı qazanır. Dəvət edən
istifadəçi ay ərzində 50 AZN-dək pul qazana bilər. Qeyd edək ki, bu limit hər
ay yenilənir.
Birbank
Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə
də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank
Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng
edin. Qeyd edək ki, Birbank Biznes Kapital Bank-ın əmtəə nişanıdır.