Adəm Məmmədovun vəkilliyinə xitam verildi

16:52 - 20 Avqust 2025

Adəm Məmmədovun vəkilliyinə xitam verildi

Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq olunub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Yığıncaqda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə altı vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, beş vəkilə irad tutulub.Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

Vəkillik fəaliyyətinə xitam verilən Adəm Məmmədovdur. Keçmiş vəkil 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az