Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ

17:17 - 20 Avqust 2025

Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 21-22-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.


Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Qobustan, Neftçala, Cəlilabad, Mingəçevir, Yevlax, Tərtər, Bərdədə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

Naxçıvan MR, Quba, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Ağdərə, Xankəndi, Xocavənd, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Ağcabədi, Zərdab, İmişli, Ucar, Ağdaş, Kürdəmir, Göyçay, Balakən, Oğuz, Beyləqan, Şəki, Qax, Zaqatala, Şirvan, Şamaxı, Samux, İsmayıllı, Qəbələ, Ağsu, Göygöl, Lənkəran, Astara, Masallı, Biləsuvar, Lerik, Yardımlıda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az