Bu ərazilərdə su olmayacaq - Sakinlərin nəzərinə

19:46 - 20 Avqust 2025

Bu ərazilərdə su olmayacaq - Sakinlərin nəzərinə

Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.


Manset.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsi məlumat yayıb.

Bildirilib ki, avqustun 20-də saat 21:00-dan etibarən, 21 avqust səhər saatlarına qədər H.Z.Tağıyev qəsəbəsi (K. Kərimov küçəsi) və St Sumqayıt yaşayış massivinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az