“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

12:18 - 21 Avqust 2025

“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı 23 avqust tarixində Bakının Nizami rayonunda keçiriləcək.


Manset.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka/banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər. 

Qeyd edək ki, maraqlı interaktiv tədbirlərin də yer alacağı festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz. 

Festival  23 avqust 2025-ci il tarixində  saat 16:00-dan 18:00-dək Nizami rayonu, Tofiq Abbasov küçəsi 5  ünvanında (Qara Qarayev metro stansiyasının yaxınlığı, “Sevinc Mall”un qarşısı) keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az