Kapital
Bank Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində yaşlı nəslin
həyat keyfiyyətinin yüksəldilməsi, təqaüd dövrünün maraqlı və fəal keçməsi məqsədilə
“Üçüncü Bahar” İctimai Birliyinin “YAŞA” Mərkəzlərinə dəstək göstərməyə davam
edir. Bankın dəstəyi ilə mərkəzdə təqaüdçülərin maliyyə savadlılığının
artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Əməkdaşlıq
çərçivəsində cari ilin iyul ayı ərzində Bakı, Mingəçevir və Şamaxı şəhərlərində
yaşayan təqaüdçülər üçün bir sıra təlimlər və məşğələlər təşkil olunub. Bank əməkdaşlarının
mentorluğu ilə keçirilən təlimlərdə 200-dən çox təqaüdçüyə maliyyə, hüquq və informasiya təhlükəsizliyi
mövzularında vacib bacarıqlar öyrədilib.
Qeyd
edək ki, 2016-cı ildən etibarən “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində
həyata keçirilən layihədə ötən dövr ərzində 45 000 nəfərdən çox təqaüdçü müxtəlif təlimlərə cəlb olunub. Yaşlı
nəslin cəmiyyətə daha fəal inteqrasiyasını təmin etmək məqsədi daşıyan layihə təqaüdçülərin
yeni bacarıqlar əldə etmələrini, asudə vaxtlarını səmərəli keçirmələrini və
sosial fəaliyyətlərdə iştirak etmələrini təmin edən vacib platformadır. Mərkəzlərdə
keçirilən yaradıcılıq fəaliyyətləri, maliyyə savadlılığı, kompüter və dil
kursları, sağlam həyat tərzi təlimləri, idman və yoqa məşğələləri, eyni zamanda
sosial sahibkarlıq sahəsindəki təlimlər yaşlı nəslin cəmiyyətə inteqrasiya edilməsində
vacib əhəmiyyət daşıyır.
Ölkənin
birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük
filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.