Mənzil axtaran hər kəsin seçim
edərkən diqqət yetirdiyi məqamlar fərqlidir. Tikintisi davam edən mənzillər
sərfəli seçim axtaranlar üçün, hazır mənzillər isə dərhal köçmək istəyənlər
üçün idealdır.
Yasamal rayonunda, Badamdar və Xarici dairəvi yol kimi əsas nəqliyyat qovşaqlarına yaxın yerləşən "Park Yasamal" yeni ev axtaranlar üçün həm yaşayışa hazır, həm də tikintisi davam edən mənzil seçimləri təqdim edir.
MÜXTƏLİF
ÖLÇÜDƏ MƏNZİLLƏR
Böyük bir yaşayış kompleksinin
davamı kimi "Kristal" tərəfindən inşa olunan "Park
Yasamal"da
mənzil satışları sürətlə davam edir. Burada 47 m²-dən 120 m²-dək müxtəlif
planlamalı, həm yaşayışa hazır, həm də tikintisi davam edən 2, 3 və 4 otaqlı və
studiya mənzillər satışdadır. Hazır mənzili yaşamaq, kirayəyə vermək və ya
investisiya məqsədli seçim etmək mümkündür. Layihənin və hazır mənzilin bütün
detallarını görmək üçün videoçarxa keçid edə bilərsiniz:
https://www.youtube.com/watch?v=7XoQ8FQqeQg
ƏLVERİŞLİ
MÖVQE
Layihənin ən mühüm üstünlüklərindən
biri, onun ətraf yollarla rahat inteqrasiyası və Badamdar, Xarici dairəvi yol
kimi əsas nəqliyyat qovşaqlarına yaxınlığıdır ki, bu da gündəlik gediş-gəlişi
xeyli rahatlaşdırır.
AVROPA
BRENDLƏRİ İLƏ TƏMİR
“Park Yasamal” mənzilləri keyfiyyəti ilə fərqlənir: bütün mənzillər Avropa standartlarına uyğun olaraq tam təmirli şəkildə təhvil verilir. Burada Almaniya istehsalı Grohe və Hansgrohe, Türkiyənin Vitra hamam aksesuarları, İtaliya brendi Prysmian yanmayan kabellər, Amerika istehsalı Guardian Glass pəncərə şüşələri və Almaniya istehsalı G-u pəncərə aksessuarları istifadə olunur. İtaliya istehsalı İmmergas kombi sistemləri, Knauf alçipan və aksesuarları, Gewiss elektrik açarları, Kale Seramik və Kütahya metlaxları, Rusiya brendi Stenova və Almaniya brendi Erismann oboyları, həmçinin İsrail istehsalı Tambour Paints boyaları ilə hər bir detalda yüksək keyfiyyət təmin edilir.
İTKİSİZ
PLANLAMA
Layihənin memarlıq həlli mənzil sahiblərinin rahatlığını ön planda tutur: əsas yaşayış sahələri geniş tutulur, qeyri-yaşayış zonaları isə minimum yer tutur ki, bu da hər kvadrat metrin itkisiz şəkildə istifadəsinə imkan yaradır. Kompleksin həyətində uşaqlar üçün oyun meydançaları, böyüklər üçün istirahət zonaları, futbol və digər idman meydançaları mövcuddur. Burada həmçinin məktəb, bağça, müxtəlif iaşə obyektləri, avtomobilsiz həyət və sakinlər üçün qapalı avtodayanacaq kimi tam infrastruktur təmin edilib.
MAKSİMUM
ENERJİ, MİNİMUM İTKİ
“Park Yasamal” mənzillərində tətbiq olunan yeni
nəsil səs və istilik izolyasiya sistemi şəhərin səs-küyündən qorunmanı təmin
edir, eyni zamanda enerji sərfiyyatını minimuma endirir. Bu sistem sayəsində
qışda qaza olan tələbat demək olar ki, iki dəfə azalır, hər mövsümdə isə evdə
ideal temperatur qorunur.
UZUNMÜDDƏTLİ
İPOTEKA İMKANI İLƏ
Əgər siz həm komfortlu yaşam tərzi,
həm də gələcək üçün etibarlı investisiya axtarırsınızsa, "Park
Yasamal"
sizin üçün doğru seçimdir. Buradan aldığınız mənzil yalnız bu günün deyil,
sabahın da dəyərli sərmayəsidir. Mənzilləri nağd və ya 20 ilədək ipoteka ilə
rahatlıqla əldə edə bilərsiniz.
Elə indi *1544-ə zəng edin və ya layihə ərazisində yerləşən satış ofisinə
yaxınlaşın, yeni evinizə doğru ilk addımı atın!
Ətraflı: *1544
Ünvan;
Yasamal rayonu, Müstəqillik küçəsi
kristal.az