Son illərdə təbii qidalanmaya maraq artdıqca, unudulmuş bitkilər və toxumlar da yenidən gündəmə gəlir.
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, onlardan biri də çiyan toxumudur. Qədimdən xalq təbabətində istifadə olunan bu toxumun sağlamlıq üçün saysız-hesabsız faydaları var.
Həzm sisteminə dəstək olur - Çia toxumu yüksək miqdarda liflə zəngindir. Bu xüsusiyyət bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlik problemini aradan qaldırır və həzm prosesini asanlaşdırır.
Ürək-damar sağlamlığını qoruyur - Tərkibindəki Omeqa-3 yağ turşuları xolesterinin balanslaşdırılmasına kömək edir. Bu da ürək xəstəliklərinin qarşısını almaqda mühüm rol oynayır.
Qan şəkərini tənzimləyir - Mütəxəssislərin sözlərinə görə, çiyan toxumu şəkərin qana sürətlə sorulmasının qarşısını alır. Bu xüsusilə şəkərli diabet xəstələri üçün faydalıdır.
Arıqlamağa kömək edir - Su ilə təmasda şişərək jel formasına düşən çiyan toxumu uzun müddət toxluq hissi yaradır. Bu da artıq çəki ilə mübarizədə təsirli vasitə sayılır.
Sümük və oynaq sağlamlığını gücləndirir - Çia toxumu kalsium, maqnezium və fosfor baxımından zəngindir. Bu maddələr sümük quruluşunu möhkəmləndirir, oynaq ağrılarını azaldır.
Dəri və saç üçün faydalıdır - Antioksidant təsirə malik olan çiyan toxumu dərini gəncləşdirir, saçların möhkəmlənməsinə kömək edir.