Sevindirən şəbəkə
“Kontakt” alıcılarına smartfon alışında yepyeni – onlayn “Trade-in” xidmətini
istifadəyə verir. Artıq “kontakt.az” saytında sadəcə bir neçə kliklə köhnə smartfonunu
qiymətləndirmək, dəyərini öyrənmək və üstəlik, yeni cihazı daha sərfəli almaq
mümkündür.
Əvvəllər yeni smartfon
almaq istəyərkən köhnəsini necə və kimə satmaq, dəyişmək sualları ortaya çıxırdı.
İndi isə “Kontakt”ın onlayn “Trade-in” xidməti alıcını əlavə axtarışlardan,
danışıqlardan, texniki çətinliklərdən qurtarır və bütün prosesi tək məkana
toplayır.
PROSES NECƏ
İŞLƏYİR?
Kontakt.az saytı
üzərindən aparılan bu proses isə sadəcə bir neçə klikdən ibarətdir. Belə ki, istifadəçi
saytda “cihazı qiymətləndir” bölməsinə daxil olmaqla rahatlığın qapılarını
öz üzünə açır. Bundan sonra istifadəçinin edəcəyi tək şey smartfonun modeli,
rəngi, texniki vəziyyəti ilə bağlı məlumatları doldurmaqdır. Və budur: hər
sual cavablandıqca sistem real vaxtda cihazı dəyərləndirir, bazar dəyərini
hesablayır və nəticə dərhal ekranda görünür.
Son olaraq köhnə smartfonu təhvil
verib yenisini əldə etmək üçün ən yaxın “Kontakt” mağazasına yaxınlaşmaq qalır.
Burada ehtiyac olarsa, ekspertlər cihaza son dəfə yerində baxış keçir və sayt
üzərindəki qiymətləndirməni təsdiqləyir. Dəyərləndirilən məbləğ yeni smartfon
alışı zamanı ümumi qiymətdən birbaşa çıxılır.
250 AZN-DƏK BONUS
ENDİRİM
“Kontakt”ın təqdim etdiyi bu
yeni sistem texniki rahatlıq ilə yanaşı, seçilmiş modeller üçün ciddi qənaət
imkanları da yaradır. Belə ki, əgər alıcının seçimi “iPhone” modelləri
üzərindən olarsa, bu zaman, əlavə olaraq 250 AZN-dək bonus endirim tətbiq
olunur. Həm köhnə cihazın dəyəri, həm də bu bonus birgə hesablanaraq yekun qiymətdən
çıxılır.
Odur ki, bütün belə
imkanlardan və texnologiyanın yeniliklərindən geri qalmaq istəməyənlər üçün
artıq seçim bəllidir: “kontakt.az”dan bir kliklə qiymətləndir, daha sərfəli al.