ADU-da tələbə qəbulu faizi 99,4% olub

13:30 - 26 Avqust 2025

ADU-da tələbə qəbulu faizi 99,4% olub

Tədris prosesində və beynəlxalq reytinq cədvəllərində əhəmiyyətli uğurlara imza atan, ikili diplom sahəsində dünyanın nüfuzlu universitetləri ilə əlaqələri genişlənən Azərbaycan Dillər Universitetinə (ADU) 2025-2026-cı tədris ilində tələbə qəbulu faizi 99,4% olub.


Manset.az xəbər verir ki, ilkin məlumata görə, birinci turda ADU-ya 1810 plan yeri üzrə 1799 nəfər tələbə qəbul olub.

Bu münasibətlə universitetin rektoru akademik Kamal Abdulla başda olmaqla ADU-nun bütün kollektivini səmimi qəlbdən təbrik edirik. 

Azərbaycan Dillər Universitetini seçən tələbələrə yeni tədris ilində uğurlar və bol nailiyyətlər arzulayırıq! 

Qeyd edək ki, ADU 2025-ci ildə nüfuzlu “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq cədvəli üzrə 5200 universitet arasında dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub. Bu, universitetin tarixində qeyd alınan ilk hadisədir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az