Bu qidalar dişləri təbii şəkildə ağardır

01:30 - 28 Avqust 2025

Bu qidalar dişləri təbii şəkildə ağardır

Bəzi qidalar – çiyələk, ananas, süd məhsulları, həmçinin alma və yerkökü – dişləri təbii yolla ağartmağa kömək edir.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "Qazeta.Ru"ya stomatoloq-terapevt Pavel Lısenkov məlumat verib.

Onun sözlərinə görə, dişləri yumşaq şəkildə ağartmağa çiyələk kömək edir. Çünki onun tərkibində olan alma turşusu diş minasının səthindəki piqment ləkələrini ehtiyatla əridir.

Lakin stomatoloq vurğulayıb ki, sürətli effekt gözləmək olmaz və nəticə, adətən, ciddi ağardıcı təsir göstərmir.

Bundan başqa, dişlərin səthindəki ləkələrin təmizlənməsinə alma və yerkökü də yardım edir. Çiyələkdə olduğu kimi, almanın tərkibindəki alma turşusu da diş minasının piqment ləkələrindən təmizlənməsinə təsir göstərir.

"Dişlərin təbii şəkildə ağardılması üçün ananas da uyğundur. Bu meyvənin tərkibində dişləri ərpdən təmizləyən ferment var. Amma çiyələkdə olduğu kimi, burada da sürətli nəticə olmayacaq", – deyə Lısenkov əlavə edib.

Həkim həmçinin süd məhsullarının faydasına diqqət çəkib. Onlar ağız boşluğunda turşuları neytrallaşdırır, bakteriyaların çoxalmasının qarşısını alır və diş ərpini aradan qaldırmağa kömək edir.

Bundan əlavə, süd məhsulları orqanizmi kalsium və fosforla zənginləşdirərək dişlərin sağlamlığına müsbət təsir göstərir.

"Amma dişləri limon dilimi ilə sürtmək, yayılmış fikrin əksinə olaraq, düzgün deyil. Bu, dişləri ağartmağa kömək etməyəcək, əksinə limon turşusu səbəbindən minanın zədələnməsinə, dişlərin həssaslaşmasına və kariyesin yaranmasına gətirib çıxara bilər", – deyə Lısenkov xəbərdarlıq edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az