Sürücünün diqqətsizliyi səbəbindən nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 ədəd işıqfor obyekti yararsız hala düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız hala düşmüş işıqforun yenisi ilə əvəz edilməsi işləri görülür.