Laçın aeroportunda buraxılış məntəqəsi yaradılır

17:37 - 02 Sentyabr 2025

Laçın aeroportunda buraxılış məntəqəsi yaradılır

Nazirlər Kabineti "Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı"nın və "Dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 10 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. 


Manset.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçu kəndi) əlavə edilib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az