1
sentyabr 2025-ci il tarixində Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal
ekosistemi Bir ekosistem ictimaiyyətə yeni loyallıq proqramını təqdim edib. İllərdir tanıdığımız
Umico Bonus artıq böyük yeniliklər
və daha böyük güclə Bir Bonus olaraq yoluna davam edəcək.
Tədbir
Bir ekosistemin Loyallıq Proqramı İdarəsinin baş direktoru Fərid İslamovun
çıxışı ilə başlayıb. O qeyd edib ki: “Bu, sadəcə ad dəyişikliyi deyil,
ekosistem brendlərinin və minlərlə tərəfdaşımızın gücünün eyni çətir altında
birləşməsidir. Bir Bonus ekosistemin bütün brendlərini və minlərlə partnyorumuzu
bir-birinə bağlayan dəyərli parçadır. Müştərilərimiz üçün isə bu unikal təcrübədir.
Onlar tam rahatlıqla gündəlik əməliyyatlarından bonuslar qazanacaq və həm
brendlərimizdə, həm də partnyorlarımızda bonuslarını rahatlıqla xərcləyə biləcəklər”.
Ekosistemin
Partnyor Şəbəkəsi Departamentinin direktoru Mahmud Mahmudov isə yeni sistemin həm
müştərilər, həm də partnyorlar üçün daha çevik imkanlar təqdim etdiyini
vurğulayıb. “Bir neçə ildir ki, biz müştərilərimizlə keşbek sistemi vasitəsilə
dəyər yaradırdıq, amma görürük ki, yalnız keşbek modeli müştərilərin gözləntilərinə
tam cavab vermir. Ona görə də biz daha geniş imkanlara malik, fərdi yanaşma və
çeviklik təqdim edən bonus sisteminə keçid edirik. Bu sistem milyonlarla
istifadəçiyə fərdi seçim imkanı verəcək və onların alış-veriş təcrübəsini daha
maraqlı edəcək. Digər tərəfdən, partnyorlarımız artıq öz müştəri bazasına uyğun
fərqli kampaniyalar yarada, müştəri davranışını daha dərindən, rahat izləyə biləcəklər”.
Qeyd
edək ki, Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə
yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək
imkanı yaradan vahid loyallıq proqramıdır. Bonusları BakıKart biletindən
Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər çox geniş
imkanlarla istifadə etmək mümkündür. Bir ekosistemin yeni loyallıq proqramı Bir
Bonus yaxın gələcəkdə də həm müştərilər, həm də partnyorlar üçün innovativ həllər
və yeni imkanlar təqdim etməkdə davam edəcək.
Bir
ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn
brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan
və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini
genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində
müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən,
Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da
Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox
digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas
konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması
üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim
edir.