1 sentyabr 2025-ci il tarixində Bakıda dünyanın ən
nüfuzlu proqramlaşdırma yarışlarından biri olan 49-cu Beynəlxalq
Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) dünya finalının açılış
mərasimi keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbir ölkəmizdə ilk
dəfə təşkil edilən dünya finalı ilə tarixə düşüb.
Qeyd edək ki, ICPC dünya finalı Mərkəzi Bankın
tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi,
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ICPC Azərbaycan icmasının əməkdaşlığı
və PAŞA Holding-in dəstəyi ilə gerçəkləşir. Kapital Bank isə PAŞA Holding-in daxilində
bu mühüm qlobal layihədə fəal iştirak edir.
Açılış mərasimində ICPC Fondunun prezidenti Bil
Pouçer builki yarışa 63 294 tələbə, 10 573 məşqçi və köməkçi məşqçinin
qatıldığını bildirib. Onlar 3 307 universiteti və 93 şirkəti təmsil edərək
yarışların seçim mərhələlərində iştirak ediblər. Nəticədə dünyanın ən güclü
tələbə proqramçılarından ibarət 148 komanda final mərhələsinə vəsiqə qazanaraq
Bakıya toplaşıb.
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh
Kazımov bu mötəbər yarışın Bakıda keçirilməsini Azərbaycanın texnoloji
tərəqqisinin göstəricisi, beynəlxalq əməkdaşlığa açıqlığının nümunəsi
adlandırıb. O vurğulayıb ki, bu təcrübə gənclərin ölkənin texnoloji gələcəyinin
formalaşdırılmasına və maliyyə sektorunun mürəkkəb çağırışlarının həllinə mühüm
töhfə verəcək.
Bankın nümayəndələrinin də qatıldığı açılış
mərasimi, Kapital Bank-ın gənclərin inkişafına, innovasiya və texnologiya
sahəsində beynəlxalq əməkdaşlıqlara verdiyi önəmin nümunəsidir. Bununla yanaşı,
PAŞA Holding-in stendində Kapital Bank tərəfindən gənclərə bank sektorunda
mövcud iş imkanları, karyera inkişafı, innovativ məhsullar və layihələr
haqqında ətraflı məlumat təqdim olunur. Ziyarətçilərin sualları cavablandırılır,
onların maraq göstərdiyi mövzular üzrə interaktiv söhbətlər aparılır.
Beş gün davam edəcək layihə çərçivəsində
iştirakçılar həm də Bakı Konqres Mərkəzində təşkil olunan sərgidə müxtəlif
beynəlxalq şirkətlərin stendləri ilə tanış ola biləcəklər. Sərgidə “OpenAI”, “JetBrains”,
“Huawei”, “Google” kimi qlobal lider texnologiya şirkətləri də öz təcrübə və
həllərini təqdim edirlər.
Ölkənin birinci bankı Kapital
Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121
filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və
xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə
olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.