Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 3-də Şirvanda vətəndaşlarla görüşüb.
Manset.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Şirvan və Hacıqabul rayonlarından olan sakinlər iştirak edib. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən reallaşıb.
Vətəndaş qəbulundan əvvəl Ümummilli Lider Heydər Əliyevin Şirvan
şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi
ehtiramla yad edilib.
Görüş zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə
uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin
yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə
əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
Hər iki rayonunun sakinləri regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə,
eləcə də vətəndaşlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham
Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərişıq” ASC bütün regionlarda yenidənqurma və əsaslı təmir
işləri ilə yanaşı maarifləndirmə tədbirlərini davam etdirir. Bölgələrdə vətəndaşlarla
görüşlər keçirilir, onların təklif və tövsiyələri dinlənilir. Məqsəd abonentlərin
dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi
itkilərinin minimuma endirilməsidir.