Sabah İmişli rayonunda 800-ə yaxın abonentin qazı kəsiləcək.
Manset.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, rayonun Qaralar kəndində yaşayan vətəndaşa məxsus torpaq sahəsinin qarşısından keçən 108 mm-lik qaz kəmərinin podratçı təşkilat nümayəndələri tərəfindən yerinin dəyişdirilməsi məqsədilə saat 14:00-dan etibarən işlər başa çatanadək Qaralar kəndində (ümumi 780 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
***
19:49
Bakının Nərimanov rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar 04.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə H.Əliyev prospektində, A.M.Cümə, N.Hacıyev, Ə.Əliyev, A.Nemətulla, O.Əliyev və Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.