Ayaqqabının içində qızıl keçirmək istədi - FOTO

09:21 - 04 Sentyabr 2025

Ayaqqabının içində qızıl keçirmək istədi - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycanın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.


Bu barədə Manset.az-a DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az