Aynur Camalın agentliyi özünü doğrultmadı - Əməkdaşlar kütləvi işdən çıxarıldı

11:57 - 05 Sentyabr 2025

Aynur Camalın agentliyi özünü doğrultmadı - Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalqızına məxsus "Teleqraf" İnformasiya Agentliyi fəaliyyətini dayandırıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, İnformasiya Agentliyi hazırda "agentlik" statusunda olsa da, bundan sonra adi sayt kimi fəaliyyət göstərəcək. Direktor İmdad Əlizadə və onunla bərabər bir sıra tanınmış jurnalistlər, müxbirlər işdən çıxarılıblar.

Bildirilib ki, yaradılan agentlik gözlənilən nəticəni vermədiyi üçün maliyyə dəstəyi tapa bilməyib. Bu da əməkdaşların maaşlarının verilməsi ilə bağlı problem yaradıb və onların işinə son verilib. 

Məlumata görə, Aynur Camalqızı agentliyi yaradarkən lazım olan avadanlıqları Bakıda yerləşən özəl banklardan birindən kredit götürməklə əldə edib. Bu da quruma əvvəlcədən hər hansı maliyyə dəstəyinin verilmədiyini və Agentliyin yaradılmasının Camalqızının öz təşəbbüsü ilə baş tutduğunu göstərir.

Agentliyin fəaliyyətini dayandırmasının əsas səbəbi onun yaradıldığı gündən bəzi saytların xəbərlərini qanunlara zidd olaraq istinadsız yayması, həmçinin önəmli müsahibələr, açıqlamalar, reportajların olmaması  və bu yaxınlarda agentlik haqqında xüsusi qanunun qəbul olunması (Məs: agentliyin bir neçə ölkədə fəaliyyətinin olması) qurumun peşəkar media bazarında informasiya agentliyi kimi öz yerini tuta bilməməsinə gətirib çıxarıb.

Qeyd edək ki, “Teleqraf” İnformasiya Agentliyi bu ilin 7 fevral tarixindən fəaliyyətə başlamışdı.


Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az