Bakının bu məktəblərində dərslər başlayıb - ADLAR

17:27 - 06 Sentyabr 2025

Bakının bu məktəblərində dərslər başlayıb - ADLAR

Azərbaycanda dərslər sentyabrın 15-i başlasa da, Bakıda fəaliyyət göstərən bir sıra özəl təhsil müəssisələri artıq tədris prosesinə başlayıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, Bakı Beynəlxalq Məktəbində (BIS) dərslər avqustun 21-də, Beynəlxalq Azərbaycan Məktəbində (TISA) isə avqustun 30-da başlayıb.

Sentyabrın 1-dən “İdrak” liseyi (Bakı filialı), “Evrika” liseyi və SABIS SUN Beynəlxalq Məktəbinin 5–12 yaş qruplarında dərslərə start verilib.

Sentyabrın 2-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və SABIS SUN Beynəlxalq Məktəbinin 1–4-cü siniflərində dərslər başlanıb.

Sentyabrın 3-dən isə Bakı Oksford Məktəbi, Azərbaycan Britaniya Kolleci (ABC), Bakı Beynəlxalq Təhsil Kompleksi (BIEC) və “Kaspi” liseyinin 9, 10 və 11-ci sinifləri dərsə başlayıb. 

Xəzər Universiteti Dünya Məktəbinin Bakı filialında sentyabrın 5-də, Sumqayıt filialında isə 12 sentyabrdan etibarən dərs ilinin başlanması nəzərdə tutulur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az