Hərbi qulluqçulara rütbələr yeni qaydada veriləcək

15:59 - 09 Sentyabr 2025

Hərbi qulluqçulara rütbələr yeni qaydada veriləcək

Daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələrin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın səlahiyyətlərinə aid edilir.


Manset.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihədə bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın fəaliyyəti ilə bağlı dövlət orqanlarının səlahiyyətlərinə aşağıdakılar daxildir:

- daxili qoşunların hərbi hissələrini və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisəsini yaradır və ləğv edir, o cümlədən həmin təhsil müəssisəsinin nizamnaməsini təsdiq edir;

- daxili qoşunların, onun xüsusi təyinatlı ali təhsil müəssisəsinin və hərbi hissələrinin döyüş bayraqlarının, habelə daxili qoşunların embleminin, hərbi qulluqçuların hərbi geyim formasının, fərqləndirmə nişanlarının əsasnamələrini və onların təsvirlərini təsdiq edir;

- daxili qoşunları fövqəladə və ya hərbi vəziyyət, habelə sosial xarakterli fövqəladə mühit rejiminin təmin edilməsinə cəlb edir;

- daxili qoşunların hərbi şurasının əsasnaməsini təsdiq edir və onun tərkibini müəyyən edir;

- daxili qoşunların hərbi qulluqçularını və mülki işçilərini Azərbaycan Respublikasının dövlət mükafatları və təltifləri ilə, o cümlədən fəxri adlarla təltif edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az