"BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO

17:20 - 10 Sentyabr 2025

\"BakuBus\" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO

Paytaxtda “BakuBus”a məxsus sərnişin avtobuslarının yolda ötüşməsini əks etdirən görüntülər yayılıb.


Manset.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə avtobusların Səbail rayonu Salyan şosesində hərəkət etdikləri aydın olur.

Onların sərnişinlər və digər sürücülər üçün təhlükə yaratdığı bildirilir.

Məsələ ilə əlaqədar “BakuBus” MMC-dən bildirildi ki, məsələ araşdırılır: “BakuBus” MMC-nin istismarında olan 149 və 72 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların sosial şəbəkələrdə yayılan görüntüləri hazırda qurumun aidiyyəti şöbəsi tərəfindən araşdırılır.

Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az