Bəzi ərazilərdə qaz kəsiləcək - Sakinlərin nəzərinə

19:41 - 10 Sentyabr 2025

Bəzi ərazilərdə qaz kəsiləcək - Sakinlərin nəzərinə

“Qum adası-Qazanlar” yüksək təzyiqli qaz kəmərinin Xətai rayonu, Gənclik Parkı ərazisindən keçən istismara yararsız hissəsinin dəyişdirilməsi, Nərimanov rayonu, Xətai prospekti ilə Ə.Dəmirçizadə küçəsinin kəsişməsində isə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşməsi məqsədilə 11.09.2025-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək  “Əhmədli” QPS-də və “Əbilov” ölçü qovşağında qaz təchizatı dayandırılacaq.


Manset.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun İ.Əbilov, Kombinat, Xudu Məmmədov, Məhəmməd Hadi, Şirvani, Aşıq Qurbanı küçələrinin və Nərimanov rayonu, Xətai prospektinin, Ə.Dəmirçizadə, Qarabağ, Ə.Əlizadə və G.Qədirbəyova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az