Yeni tədris ilində 2,2 milyon şagird və tələbə....- Nazir rəqəmləri açıqladı

11:15 - 11 Sentyabr 2025

Yeni tədris ilində 2,2 milyon şagird və tələbə....- Nazir rəqəmləri açıqladı

Elm və təhsil naziri Emin Əmrullayev 2025–2026-cı tədris ili ilə bağlı statistik rəqəmləri açıqlayıb.


Manset.az xəbər verir ki, nazir bu barədə yeni tədris ilinə dair media üçün keçirdiyi birifinqdə deyib.

Onun sözlərinə görə, bu il ümumilikdə 2,2 milyon nəfər təhsilalan müxtəlif pillələr üzrə tədris prosesinə cəlb olunacaq.

Nazir bildirib ki, 226 min uşaq məktəbəqədər təhsilə, 1,6 milyon şagird ümumi təhsilə, 40 min nəfər peşə təhsilinə, 63 min nəfər orta ixtisas təhsilinə, 246 min nəfər isə ali təhsil müəssisələrinə qatılacaq.

Emin Əmrullayev əlavə edib ki, ölkə üzrə təhsil sahəsində fəaliyyət göstərən işçi heyətinin sayı 300 min nəfərə yaxın təşkil edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az