Həzi Aslanov metrostansiyası yaxınlığında azyaşlıların küçədə qalması ilə bağlı yayılan görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin əməkdaşı Cəsarət Qənbərli Manset.az-a bildirib ki, tədbirlər nəticəsində həmin azyaşlılardan biri – 14 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.
İlkin araşdırma zamanı azyaşlının valideynləri ilə mübahisə etdiyi və xəbərsiz evdən çıxdığı müəyyən edilib.
Hazırda digər azyaşlının da ailəsinə verilməsi istiqamətində tədbirlər davam etdirilir.
***
“Həzi Aslanov” metrostansiyası yaxınlığında küçədə qaldığı müəyyənləşən digər 14 yaşlı uşaq da polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.