Boyun və qoltuqaltı nahiyələrdə şişkinlik, səbəbsiz kilo itkisi və intensiv gecə tərləmələri limfomanın əlamətləri ola bilər. Beləliklə, limfoma nədir? Müalicə variantları hansılardır?
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, türkiyəli Professor Balçık, limfomanın immun sisteminin əsas hissəsi olan limfoid hüceyrələrin anormal çoxalması səbəbiylə meydana gəldiyini açıqlayaraq, "Limfa düyünləri orqanizmin infeksiyalarla mübarizəsində kritik rol oynayır. Ancaq bəzi hallarda xərçəng hüceyrələrinin təsiri ilə bu vəzilərdə lenfoma inkişaf edə bilər" dedi.
Dos. Prof. Dr. Balçık, lenfomanın bəzi erkən xəbərdarlıq əlamətlərinin olduğunu bildirərək bu məlumatları verdi:
"Boyun, qoltuqaltı və ya qasıq nahiyələrində noxud, mərcimək və ya lobya böyüklüyündə şişliklər görünə bilər. Bu şişlərin 4-6 həftə ərzində yox olmaması və bədən çəkisinin 6 aydan çox azalmaması və böyüməyə davam etməsi vacibdir. Çox tərləmədən gecələr çarşafların islanması da limfomanın əlamətləridir."