20 Yanvar dairəsində yenilik - Dayanan cərimə olunacaq

10:25 - 03 Noyabr 2025

 20 Yanvar dairəsində yenilik - Dayanan cərimə olunacaq

Nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi 20 Yanvar dairəsinin Yasamal rayonuna düşən hissəsində yenilik tətbiq olunub.


Manset.az xəbər verir ki, Moskva prospektinin Müzəffər Həsənov və Zərdabi küçələri ilə kəsişdiyi yerdə sarı tor çəkilib.

Bildirilib ki, bu ərazidə tez-tez tıxac müşahidə edilir və avtobuslar öz zolaqlarından sonra kəsişmənin qarşı tərəfinə keçərkən xeyli vaxt itirir. Yeniliyin tətbiqi ilə avtomobillərin həmin torun olduğu yerdə dayanması qadağan edilib.

Yeniliyə əsasən, qarşıda tıxac olarsa, avtomobillər torlu hissəni boş saxlamalı və avtobusların, eləcə də sağdan gələn digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamalıdır.

Qeyd edək ki, avtomobilin sarı torun üzərində saxlanmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tətbiq edilir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az