Güllələnən riyaziyyat müəllimindən XƏBƏR VAR 

11:44 - 15 Fevral 2026

Güllələnən riyaziyyat müəllimindən XƏBƏR VAR 

 “İdrak” liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun müalicəsi hazırda davam etdirilir:

“1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.

Xatırladaq ki, fevralın 6-da Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird həbs olunub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az