Bakıda papağa görə dava-  Ər arvadını döydü

15:47 - 07 Aprel 2026

Bakıda papağa görə dava-  Ər arvadını döydü

Bakıda kişi arvadını papağa görə döyüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü İlkin Muradzadə 2022-ci ildə ailə həyatı qurub. Onların birgə nikahdan bir övladları dünyaya gəlib.

Bir ay əvvəl İlkin axşam işdən evə gəlib və başındakı papağı götürüb azyaşlı övladının başına qoyub. Həyat yoldaşı həmin papağı uşağın başından götürüb stolun üstünə qoyub və bu hərəkət İ.Muradzadəni əsəbiləşdirib. Cütlük papağa görə mübahisə edib və mübahisə zamanı İ.Muradzadə həyat yoldaşını döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və İ.Muradzadə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az