Mətləb Mütəllimli vəfat etdi

23:42 - 07 Aprel 2026

Mətləb Mütəllimli vəfat etdi

Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə M.Mütəllimlinin qohumları məlumat veriblər. Məlumata görə, M.Mütəllimli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Qeyd edək ki, Mətləb Mütəllimli 1949-cu ildə Yardımlı rayonunda anadan olub. O, 1973-79-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

Mərhum sabah Xəzər rayonunun Binəqədi rayon qəbiristanlığında dəfn ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az