Xəzərdə zəlzələ oldu - Bu rayonlarda hiss olundu

13:54 - 08 Aprel 2026

Xəzərdə zəlzələ oldu - Bu rayonlarda hiss olundu

Xəzər dənizində növbəti dəfə zəlzələ olub.

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələnin maqnitudası 3.2, dərinliyi 20 km olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə hazırda daha güclü zəlzələ gözlənilmir. 

***

13:19

Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.

Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ ocağı Lənkəran şəhərindən 58 km məsafədə olub.

Yeraltı təkanlar 35 km dərinlikdə qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçala 4-3 bal hiss olunub. Yeraltı təkanlar isə 70 km dərinlikdə qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az