Araz Əhmədov səyyar qəbul keçirdi - FOTOLAR

18:57 - 08 Aprel 2026

Araz Əhmədov səyyar qəbul keçirdi - FOTOLAR

08 aprel 2026-cı il tarixdə rayonun Şərəfə ərazisinin Ağakişibəyli kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilib.


Manset.az xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış edib.

Səyyar görüş zamanı rayon rəhbəri ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə məlumat verib və əlavə olaraq bildirib ki, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Görüşdə çıxış edən Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərov bildirmişdir ki, ərazidə keçirilən əvvəlki qəbul zamanı 5 nəfər vətəndaş tərəfindən 5 məsələ qaldırılıb. Qaldırılan məsələlərə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılmış, həlli mümkün olan məsələlər müsbət həll olunub, zaman tələb edən məsələlər nəzarətdə saxlanılıb və digər məsələlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib.

Qəbulda sakinlər tərəfindən əsasən əhalini narahat edən sosial və şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər edilib, məsul əməkdaşlar tərəfindən rayon rəhbərinin tapşırığı əsasında müraciətlər qeydə alınıb və müraciətlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Rayon rəhbəri çıxışında bildirib ki, yaşayış məntəqələrinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdiriləcək. O, sakinləri fəallığa çağıraraq, hər bir müraciətin diqqətlə araşdırılacağını və səlahiyyətləri daxilində həll ediləcəyini vurğulayıb.

Səyyar görüş kənd sakinləri tərəfindən razılıqla qarşılanıb və vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az