Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu

12:09 - 14 Aprel 2026

Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub.


Bu barədə Manset.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baș verib.

Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışında həlak olub.

Qeyd edək ki, bu hadisədən əvvəlki statistikaya əsasən, İkinci Qarabağ müharibəsindən sonra mina hadisəsi nəticəsində həlak olanların sayı 72 nəfər idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az