Şəmkirdə evdən oğurluq edən şəxs tutulub.
Manset.az-ın məlumatına görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Şəmkir və Tovuz rayonları ərazilərində baş verən silsilə oğurluq hadisələrinin üstü açılıb.
Araşdırmalarla müəyyən edilib ki, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.
Tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.