32 saylı Suraxanı üçüncü seçki dairəsindən millət vəkili Afət Həsənovanın Əmircan qəsəbəsi ilə bağlı qaldırdığı problemin həllinə başlanılıb.
Manset.az xəbər verir ki, bu barədə deputat özünün feysbuk hesabında məlumat verib.
"08.04.2026-cı il tarixdə Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində (mədən ərazisi) yaşayan seçicilərimlə keçirdiyim səyyar görüş zamanı yol məsələsinə dair onları narahat edən problemlərin həlli istiqamətində artıq işlərin icrasına başlanılmışdır", - deyə A.Həsənova yazıb.