Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
QMİ rəsmisi bildirib ki, Həcc üçün qurum 1150 kvota yeri ayırıb.
O qeyd edib ki, Həcc ziyarətinə yollanan azərbaycanlı zəvvarların ilk təyyarəsi mayın 17-də uçacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq.
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.