Allergiyası olanların NƏZƏRİNƏ 

23:30 - 17 Aprel 2026

Allergiyası olanların NƏZƏRİNƏ 

NEU Tibb Fakültəsinin Uşaq Yoluxucu Xəstəlikləri kafedrasının müdiri dosent Dr. Özge Metin Akcan bildirib ki, qışın sonu və yazın başlanması ilə uşaqlarda yuxarı tənəffüs yolu infeksiyaları və allergik şikayətlərdə artım müşahidə olunur.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o qeyd edib ki, burun axıntısı, öskürək, asqırma və göz qaşınması həm infeksiya, həm də allergiya əlaməti ola bilər. Bu hal bəzən lazımsız antibiotik istifadəsinə səbəb olur.

Mütəxəssis vurğulayıb ki, allergiyası olan uşaqlar bu dövrdə müalicələrini dayandırmamalı, simptomlar düzgün qiymətləndirilməlidir. 

Akcan əlavə edib ki, düzgün gigiyena, havalandırma və əl yuma kimi sadə tədbirlər xəstəliklərin yayılmasının qarşısını almaqda vacib rol oynayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az