Yeni elmi araşdırmaya görə, gündə 2–3 fincan qəhvə içmək xüsusilə kişilərdə zehni sağlamlıq üçün faydalı ola bilər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 460 mindən çox insan üzərində aparılan tədqiqatda orta miqdarda qəhvə içməyin depressiya və əhval pozğunluqları riskini azalda biləcəyi müəyyən edilib.
Lakin gündə 5 və daha çox fincan qəhvə içən şəxslərdə ruhi pozuntular riskinin artdığı da qeyd olunur. Tədqiqatçılar qəhvənin tərkibindəki kofein və antioksidantların beyin funksiyalarına müsbət təsir göstərdiyini bildirirlər.
Mütəxəssislər qəhvə istehlakında “orta balansın” vacib olduğunu vurğulayır və həddindən artıq istifadədən çəkinməyi tövsiyə edirlər.