Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyun ayının 13-də keçiriləcək.
Manset.az-ın əldə etdiyi məlumata görə, “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.
Həmçinin valideynlərə şagirdlərin "Son zəng" günü təhsil müəssisələrinə məktəbli formasında gəlmələri tövsiyə edilir.
Məlumat Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Manset.az-a təsdiq edilib.