Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) təşəbbüsü və Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə 23 Aprel — Beynəlxalq "İKT-də
Qızlar" Günü ilə əlaqədar “Kibertəhlükəsizliyin əsasları: Təhdid, Müdafiə
və Karyera” mövzusunda tədbir təşkil olunub.
Manset.az xəbər verir ki, tədbir çərçivəsində ETX-nin əməkdaşları
kibertəhdidlərin növləri, fərdi və korporativ səviyyədə müdafiə üsulları, eləcə
də kibertəhlükəsizlik sahəsində karyera imkanları barədə iştirakçıları məlumatlandırıblar.
İştirakçılar interaktiv müzakirələrdə fəal
iştirak edərək suallarını ünvanlayıb və praktiki biliklər əldə ediblər.
Tədbirin əsas məqsədi gənclər, xüsusilə
qızlar arasında İKT sahəsinə marağı artırmaq, kibertəhlükəsizlik üzrə bilik və
bacarıqları təşviq etmək və bu istiqamətdə karyera imkanları barədə məlumat
verməkdən ibarət olub.