Vüsal Nəsirli Masallıda vətəndaşları qəbul etdi - FOTOLAR

21:48 - 24 Aprel 2026

Vüsal Nəsirli Masallıda vətəndaşları qəbul etdi - FOTOLAR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli aprelin 24-də Masallı rayonunda Masallı və Yardımlı rayonlarının sakinləri ilə görüş keçirib.


Manset.az xəbər verir ki, qəbuldan əvvəl Vüsal Nəsirli və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Görüş zamanı vətəndaşların müraciətləri əsasən avtomobil yollarının mövcud vəziyyəti, yolların əsaslı təmiri və yenidən qurulması, eləcə də məşğulluq məsələlərini əhatə edib.

Qaldırılan bütün məsələlər diqqətlə dinlənilib, onların operativ araşdırılması və həlli istiqamətində müvafiq olaraq tapşırıqlar verilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az