Bu gün mənzil alarkən ən vacib
məqamlardan biri seçim imkanlarının geniş olmasıdır. Kimisi hazır evə köçmək
istəyir, kimisi tikinti mərhələsində daha sərfəli variant axtarır, bəziləri isə
tam əşyalı mənzillərə üstünlük verir. Bu ehtiyacları bir layihədə cəmləyən “Park Yasamal”
isə seçim imkanlarını daha əlçatan edir. Əsas məsələ sənə uyğun olanı
tapmaqdır.
“Park Yasamal” layihəsi Yasamal
gölü yaxınlığında yerləşən, bulvar mənzərəsi təqdim edən və müasir şəhər
həyatının əsas üstünlüklərini bir araya gətirən yaşayış kompleksidir. Kompleksdə
hazır və tam təmirli, optimal planlaşdırılmış 2, 3, 4 otaqlı və studiya tipli
mənzillər təklif olunur. Mənzillər keyfiyyətli materiallarla təmir olunur və
sakinlərə rahat və komfortlu həyat şəraiti təqdim edir.
Əsas üstünlük isə odur ki, burada müxtəlif istək və büdcəyə uyğun bu mənzillərə sərfəli ipoteka şərtləri ilə sahib olmaq mümkündür. Tikintisi davam edən mənzillər 15%-dən başlayan, hazır və əşyalı mənzillər isə 30%-dən başlayan ilkin ödəniş və 20 ilədək ipoteka imkanı ilə satışdadır.

“Park Yasamal” Yasamal rayonunda, şəhərin mərkəzinə yaxın ərazidə yerləşir. 3
saylı ASAN xidmət və Bayraq parkının yaxınlığı isə gündəlik həyatını xeyli
asanlaşdırır — istər işə, istərsə də şəhərin digər istiqamətlərinə sürətli və
rahat çıxış imkanı yaradır. Bu, həm vaxtına qənaət edir, həm də həyat ritmini
daha balanslı edir.
Kompleksdə sakinlərin gündəlik həyatını komfortlu etmək
üçün hər detal düşünülüb.Kompleks
yalnız mənzillərlə deyil, yaratdığı yaşayış mühiti ilə də seçilir. Geniş və
yaşıllıqla zəngin həyət, göl ətrafı istirahət zonaları, futbol meydançası və
kompleks daxilində fəaliyyət göstərən özəl uşaq bağçası ailələr üçün rahat və təhlükəsiz
mühit formalaşdırır. 24/7 kamera nəzarəti və geniş avtodayanacaq isə gündəlik
komfortu tamamlayır. Mənzillər yüksək keyfiyyət standartlarına uyğun inşa
olunur.
Mənzillərin təmiri zamanı istifadə olunan materiallar da layihənin yüksək keyfiyyətini aydın şəkildə göstərir: Almaniyanın “HARO” parketləri, İtaliyanın “GEWISS” elektrik açarları, yanmayan “Prysmian” kabelləri, divarlarda “Zambaiti Parati” divar kağızları, hamam aksesuarlarında “GROHE”, ümumi və sanitar sahələrdə isə “Infinity” keramoqranitləri istifadə olunur. Bütün mənzillər səs və istilik izolyasiyası təmin edilir, sakinlərə tam təmirli, kommunal xidmətlərlə birlikdə təhvil verilir.

Mənzil əldə etmək üçün təklif olunan şərtlər də kifayət qədər çevikdir. Cəmi 30%-dən başlayan ilkin ödənişlə qərar verərək ev sahibi olmağa ilk addımı ata bilərsən. Bununla yanaşı, mənzilləri 20 ilədək ipoteka, 36 ayadək daxili kredit və ya “Evini hissə-hissə al” modeli ilə faizsiz və aylıq öhdəliksiz şəkildə əldə etmək mümkündür.

Əgər sən də həm yaşamaq, həm də sərfəli investisiya etmək üçün doğru zamanı gözləyirdinsə, bu imkan artıq qarşındadır. Daha ətraflı məlumat almaq üçün satış ofisinə yaxınlaşa və ya elə indi *1544 nömrəsinə zəng edərək sənə uyğun mənzili seçə bilərsən.
Ətraflı: *1544
Ünvan: Yasamal
rayonu, Kamil Rəhimli
küçəsi