Avtobus və metrolarda ödənişlə bağlı YENİLİK

17:55 - 29 Aprel 2026

Avtobus və metrolarda ödənişlə bağlı YENİLİK

May ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumundan öncə silsilə tədbirlər çərçivəsində ictimai nəqliyyatda xarici bank kartları ilə ödənişlər mümkün olacaq.


Bu barədə Manset.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

Belə ki, xarici emissiyalı bank kartları vasitəsilə ictimai nəqliyyatda NFC texnologiyası əsasında təmassız ödəniş imkanı qoşulub.  

Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi.

Qeyd edək ki, NFC ödəniş sisteminə ötən ildən başlanılıb. NFC ödəniş sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az