Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin fotosu yayılıb.
Manset.az həmin fotonu təqdim edir:

***
15:33
Milli Onkologiya Mərkəzinin otaqların birində partlayış olması barədə məlumatlar yayılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, orada olan şəxslərdən xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar. Araşdırma aparılır.
Manset.az Fövqəladə Hallar Nazirliyinin (FHN) sektor müdiri Ehtiram Xəlilovla əlaqə saxlayıb. O bildirib ki, hadisə ilə bağlı FHN-ə çağırış daxil olmayıb.