“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazidə idarəetmə mexanizmlərinin müasirləşdirilməsi və sakinlərlə işin effektivliyinin artırılması məqsədilə strateji layihəyə start verib. İçərişəhər tarixində ilk dəfə olaraq sakinlərin genişmiqyaslı statistik uçotu aparılır.
Manset.az xəbər verir ki, prosesin şəffaf və mütəşəkkil idarə olunması, habelə
məlumatların düzgün emalı məqsədilə xüsusi Komissiya yaradılıb.
Bu
tarixi addım ilk növbədə sakinlərin sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına və onlara göstərilən xidmətlərin fərdiləşdirilməsinə xidmət
edir. Proses İdarəyə əhalinin dəqiq sayını, sıxlığını və məskunlaşma
coğrafiyasını müəyyən etməyə imkan verəcək ki, bu da gələcək sosial
proqramların və infrastruktur layihələrinin daha effektiv planlaşdırılması üçün
fundamental baza rolunu oynayacaq. Toplanılan məlumatlar sakinlərin real
ehtiyaclarını düzgün təhlil etməyə, kommunal xidmətlərdən tutmuş sosial dəstək
tədbirlərinədək hər bir addımın məhz vətəndaş məmnuniyyətinə hədəflənməsinə şərait
yaradacaq.
Vətəndaşların
rahatlığı üçün məlumatların həm kağız, həm də elektron formada toplanılır. Şəxsi
məlumatların məxfiliyinə qanunvericilik səviyyəsində tam təminat verilir.
Yaradılan məlumat bazasından yalnız sakinlərin həyat keyfiyyətini yüksəldəcək
strateji qərarların qəbulu üçün istifadə olunacaq.
Hazırda
icrasına başlanılmış bu təşəbbüs qədim şəhərin sakinləri üçün yeni xidmət
standartları və yüksək rifah vəd edir.
Hər
bir sakini bu əhəmiyyətli əməkdaşlıqda fəal iştirak etməyə dəvət edirik.