“Azərişıq” ASC Gəncədə sahibkarlarla keçirilən görüşdə iştirak etdi - FOTO

16:14 - 23 Aprel 2026

“Azərişıq” ASC Gəncədə sahibkarlarla keçirilən görüşdə iştirak etdi - FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Gəncədə “Sənaye və istehsal sahəsində imkanlar, çətinliklər və perspektivlər” mövzusunda sahibkarlarla görüş təşkil edib.


Manset.az xəbər verir ki, tədbirə Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Məşğulluq Agentliyi, İqtisadiyyat Nazirliyinin regional bölməsi, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi, “Azəriqaz” İstehsalat Birliyi, Müvəkkil kredit təşkilatları və müvafiq sahibkarlıq subyektləri ilə yanaşı “Azərişıq” ASC-nin nümayəndələri də qatılıb.

“Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam  Yusifov, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) rəisinin birinci müavini İlqar Hüseynov tədbirdə iştirak edən 40-dək sahibkarla fikir mübadiləsi aparıb. Onların müxtəlif məsələlərlə bağlı sualları cavablandırılıb. Həmçinin sənaye və istehsal sahəsində çalışan sahibkarlıq subyektlərinin elektrik şəbəkəsinə qoşulması və elektrik enerjisindən istifadə qaydaları, eləcə də Səhmdar Cəmiyyətin həyata keçirdiyi elektron xidmətlərlə bağlı ətraflı məlumatlar verilib.   

Qeyd edək ki, fermer və sahibkarların rahat fəaliyyəti, yaranan problemlərin aradan qaldırılması məqsədilə “Azərişıq” ASC regionlarda mütəmadi görüşlər təşkil edir. Fermer və sahibkarların təklif, tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır. Məqsəd abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini təmin etməkdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az